...

Azərbaycanlı millət vəkili azadlığa buraxıldı

Cəmiyyət Materials 18 May 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Hüseyn Abdullayev bu gün məhkəmənin hökmü ilə azadlığa buraxılıb. Bakının Səbail Rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə keçirilən prosesdə Abdullayevə 2 il şərti iş verilib. Millət vəkili məhkəmə zalından azad olunub. Dövlət ittihamçısı da Abdullayevə 2 il şərti iş verilməsini məhkəmədən xahiş edib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam veriıb. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti