...

Həbsdə olan jurnalist Müalicə Müəssisəsindən cəzaçəkmə müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 21 May 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Müxalifət qəzeti "Azadlıq"ın həbsdə olan əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) Müalicə Müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Penitensiar Xidmətdən bazar ertəsi Trend ə bildirilib ki, Sakitin müalicəsi başa çatıb və o, özünü yaxşı hiss edir.

Penitensiar Xidmətdənbildirilib ki, Sakitin müayinəsi zamanı ürəyi ilə bağlı ciddi problem qeydə alınmayıb. Sakitdə əsəb pozğunluğu və diş xəstəliyi olub. Müəssisədə Sakitin dişləri müalicə olunub.

O, 14 saylı müəssisədə ambulator müalicəsini davam etdirir.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti