...

Azərbaycan taekvondoçuları hələ ki mundialda uğursuz çıxış edirlər

Cəmiyyət Materials 21 May 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın taekvondo üzrə yığması Pekində keçirilən mundialda hələ ki medal qazana bilməyib.

Üç gün davam edən yarışın nəticələrinə əsasən Afinadakı Olimpiadanın iştirakçısı Rəşad Əhmədov ( 78 kq), Avropa çempionu İlkin Şahbazov ( 62 kq), mundialın mükafatçıları Elnur Amanov ( 58 kq) və Zahid Məmmədov ( 54 kq), qitə birinciliyinin medalçısı Şahrun Yusifova, habelə digər idmançılar mübarizəni dayandırmaq məcburiyyətində qalıblar. Onların bir çoxu yarışın ilk mərhələsində mübarizədən ayrılıblar və döyüşləri kənardan izməyə məcbur olublar.

Onu da bildirək ki, mükafata iddia edə biləcək dünya və qitə birinciliklərinin mükafatçısı Təvəkkül Bayramov ( 84 kq) hələ mübarizəyə qoşulmayıb.

Komanda hesabında liderliyi Koreya yığması ələ keçirib. Koreyalıların aktivində artıq 3 qızıl, 2 gümüş və 2 bürünc medal var.

Xəbər lenti

Xəbər lenti