...

Alpinist İsrafil Aşurlu Everesti fəth edib

Cəmiyyət Materials 21 May 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşurlu beynəlxalq ekspedisiya tərkibində Everest yüksəkliyini fəth edib.

İdmançının bildirdiyinə görə, o, yüksəkliyə qalxdıqdan sonra burada Azərbaycan bayrağını sancıb. "Çox sevinirəm ki, dağın fəth edilməsi alındı və mən yüksəklikdə dayanıram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil" - deyə Azərbaycan Alpinistlər Klubunun üzvü bildirib.

İndi idmançılar qarşısında daha çətin vəzifə dayanır. Belə ki, onlar yüksəklikdən aşağı enməlidirlər. Bu isə ağır işdir.

Everestə qalxmaqla İsrafil Moskvanın Alpinizm Federasiyası və "Alpindustriya" şirkətinin himayəsi altında keçirilən "Yeddi yüksəklik" adlı layihəni tamamlayıb. Layihə dünyanın bütün yüksəkliklərinin fəth edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti