...

Azərbaycanın gənclər yığmasının heyəti müəyyənləşib

Cəmiyyət Materials 21 May 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Şakir Qəribov başda olmaqla Azərbaycanın gənclərdən ibarət yığmasının məşqçi korpusu Avropa birinciliyinin seçmə mərhələsi çərçivəsində Yunanıstan millisinə qarşı oyuna çıxacaq heyəti müəyyənləşdirib.

Komandada ən çox yer "Gənclərbirliyi", "Bakı" və "Gilan" futbolçularına ayrılıb. Hər üç klubdan üç oyunçu dəvət olunub. Yığmada ən önəmli fiqur "Xəzər-Lənkəran"ın qolkiperi Kamran Ağayevdir. O, bu mövsümdə gözəl çıxışı ilə yadda qalıb. Qəribov birinci liqa təmsilçilərini də yaddan çıxarmayıb. Belə ki, yığmaya "Masallı"dan Rövşən Əmiraslanov cəlb edilib.

Qeyd edək ki, yığmamızla eyni qrupda Farer adaları, Albaniya, Xorvatiya və İtaliya yer alıb. Xorvatiya ilə İtaliya burada favorit sayılır.

Xəbər lenti

Xəbər lenti