...

İntermədəniyyət mərkəzi Azərbaycan, Gürcüstan və Ermənistandan məşqçilər axtarır

Cəmiyyət Materials 22 May 2007 12:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ "Cənubi Qafqaz - Avropanın hissəsi" layihəsinin həyata keçirilməsi məqsədilə İntermədəniyyət mərkəzi (IZ - Vyana) Azərbaycan, Gürcüstan və Ermənistandan məşqçi-ekspertlər axtarır.

"İnternyus"un Gürcüstan bölməsindən verilən xəbərə görə, ekspertlər aşağıdakı tələblərə cavab verməlidir:

- media-sferalarının birində təcrübə (çap, radio və telejurnalistika, foto);

- gənclərlə iş təcrübəsi və ingilis dilini mükəmməl bilmək;

- çoxmillətli qruplarla iş bacarığı.

Ermənistan, Azərbaycan və Gürcüstandan 2 məşqçi (hər bir ölkədən) tələb olunur. Onlar 2007-ci ilin iyununda Vyanada keçiriləcək birinci görüşdə iştirak edəcəklər. Eyni zamanda öz ölkələrində avstriyalı və litvalı məşqçilərlə gənclər üçün bir işçi görüş (seminar), sonra isə öz ölkələrində təkbaşına 3 görüş keçirəcəklər.

Yeni məşqçilər seminar iştirakçılarını öz ölkələrindən Avstriya və Litvaya yola salacaqlar, habelə ümumi işçi görüşdə iştirak edəcəklər. Bu görüş Avstriya, Litva, Ermənistan, Azərbaycan və Gürcüstandan olan nümayəndələrin iştirakı ilə keçiriləcək.

Həmçinin məşqçilər Avstriya və Litvada seminarların nəticələrinə dair materialların (təhsil kampaniyası üçün) hazırlığı və nəşrində iştirak edəcəklər.

Kampaniyanın məqsədi Avropa ictimaiyyətinin Ermənistan, Azərbaycan və Gürcüstana marağının artırılmasıdır. Nəticədə bu, regiona daha böyük yardımın edilməsinə təsir göstərəcək.

Maraqlanan şəxslər özləri haqqında məlumatları bu ünvana göndərə bilər: [email protected]

Xəbər lenti

Xəbər lenti