...

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kürətrafı ərazilərdə fəlakətin qarşısını almaq üçün tədbirlər görür

Cəmiyyət Materials 22 May 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın ən uzun çayı olan Kürün səviyyəsi 6,5 metrə çatıb. Fövqəladə Hallar Nazirliyindən çərşənbə axşamı verilən məlumata görə, dağlarda qarın əriməsi mayın 14-dən başlayaraq Kürün səviyyəsinin kəskin qalxmasına səbəb olub. Hazırda çaydan saniyədə 1600 kubmetr su axır. Suyun bu səviyyəyə çatması Salyan rayonunda Kür çayının ətrafında yerləşən evlər üçün ciddi problem yaradıb. Fəlakətin qarşısını almaq və qabaqlayıcı tədbirlər görmək üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunları hadisə yerində işə başlayıblar. Kür çayının daşıb həyətləri basmasının qarşısını almaq məqsədilə qum kisələrinin köməyilə 10-dan artıq yerdə bənd çəkilib, sahilbərkitmə işləri aparılıb. Salyanın Cəngən kəndində suyun axıdılması üçün 200 metr uzunluğunda kanal çəkilib. Çuxanlı, Babazanlı, Qaraqaşlı, Cəngən kəndlərində və Salyan şəhərində həyətlərə yığılmış qrunt sularının çəkilməsi üçün 18 ədəd superstar, 2 ədəd Panzar, 3 ədəd PNS tipli su nasosu və 7 ədəd motopompa hadisə yerinə gətirilib və həyətlərdən suyun vurulmasında istifadə edilir. Eyni zamanda qabaqlayıcı tədbirlər görmək üçün Fövqəladə Hallar Nazirliyinin 5 traktoru, 4 özü boşaldan yük maşını və 1 kranı hadisə yerinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti