...

Nazir müavini: "Son Amnistiya aktına əsasən, Azərbaycanda 499 məhkum azadlığa buraxılıb"

Cəmiyyət Materials 22 May 2007 19:21 (UTC +04:00)
Nazir müavini: "Son Amnistiya aktına əsasən, Azərbaycanda 499 məhkum azadlığa buraxılıb"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Mayın 10-da qəbul olunmuş Amnistiya aktı 499 məhkuma şamil olunub və onlar azadlığa buraxılıblar. Bu barədə çərşənbə axşamı Trend ə ədliyə nazirinin müavini, Penitensiar xidmətinin rəisi Nazim Ələkbərov məlumat verib.

O bildirib ki, azadlığa buraxılan məhkumların 22 nəfəri Qobustan qapalı həbsxanasında cəza çəkənlərdir. Barələrində amnistiya tətbiq olunmuş bu məhkumlar cəzaların bitməsinə altı ayadək müddət qalmış şəxslərdir.

Ələkbərovun sözlərinə görə, Amnistiya Aktı tətbiq olunacaq məhkumların dəqiq sayı hələlik müəyənləşdirilməyib. Hazırda bir qisim məhkumlarla bağlı sorğular əlaqədar qurumlara göndərilib. Həmin sorğular cavablandırılandan sonra amnistiya ilə azadlığa buraxılacaq məhkumların dəqiq sayı müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti