...

Azərbaycanlı gənclər Sankt-Peterburqda keçirilən Festivalda iştirak edir

Cəmiyyət Materials 25 May 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Çoxnövlükdən birliyə" adlı milli-mədəni birliklərin gənclər üzrə layihələrinin birinci Festivalında azərbaycanlı gənclər də iştirak edir. Bu barədə cümə günü Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Cümə axşamı başlanan Festivalın ilk günündə plenar iclas zamanı Azərbaycanın baş konsulu Qüdsi Osmanov çıxış edərək Sankt-Peterburqda yaşayan və təhsil alan azərbaycanlı gənclərin bugünkü vəziyyəti, üzləşdikləri problemlər, onların tələbəlik həyatı, milli dözümlülük, Azərbaycan diasporunun gənclərlə bağlı aktiv fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən şəhər Administrasiyasının nümayəndələri də Sankt-Peterburqda güclü Azərbaycan diasporunun mövcud olduğunu vurğulayıb, şəhərin siyasi-ictimai və iqtisadi həyatında soydaşlarımızın mühüm rol oynadığını iştirakçıların nəzərinə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti