...

Azərbaycanda qanunsuz balıq ovçuları məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 25 May 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən qanunsuz balıq ovu ilə məşğul olduğuna görə 87 nəfər məsuliyyətə cəlb edilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, mütəxəssislər tərəfindən inzibati qaydada tətbiq edilmiş cərimələrin məbləği 980 AZN, bioloji resurslara vurulmuş zərərlə bağlı tətbiq edilmiş iddianın məbləği isə 21 875 AZN olub.Hesabat dövründə Departamentin əməkdaşları tərəfindən bu fəaliyyətlə bağlı 90 qanun pozuntusu aşkar edilib. Bunlardan 12 qanun pozuntusu cinayət tərkibli olduğundan hüquq-mühafizə orqanlarına göndərilib, 65 qanun pozuntusuna isə inzibati qaydada baxılaraq cərimələr tətbiq olunub. 10 iş müvafiq rayon məhkəmələrinə baxılmaq üçün göndərilib.Bu müddət ərzində mütəxəssislər tərəfindən aparılan reydlər zamanı qanun pozucularından 11 qayıq, 313 ədəd balıq, 78 ədəd tor müsadirə edilib.Bundan əlavə, nərəcinsli balıqların kürüləmə miqrasiyası dövründə Kür çayının mənsəbində, habelə nərəkimilərin Kür və Araz çaylarında olan mövcud təbii kürüləmə sahələrində xüsusi iş rejimi təşkil edilib. Departament tərəfindən Xəzərin Abşeron yarımadasında, Lənkəran və Astara rayonları akvatoriyasında mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti