...

Mayns şəhər bələdiyyəsinin rəhbəri: "Almaniya və Azərbaycan şəhərləri arasında əlaqələri canlandırmaq istəyirik"

Cəmiyyət Materials 25 May 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Almaniyanın Mayns şəhər bələdiyyəsi bu ölkə ilə Azərbaycanın şəhərləri arasındakı əlaqələri canlandırmaq niyyətindədir. Bu barədə Bakıda səfərdə olan Mayns şəhər bələdiyyəsinin rəhbəri Yens Boytel jurnalistlərə açıqlamasında bildirib.

Mayns şəhər bələdiyyəsi rəhbəri bildirib ki, nümayəndə heyəti şəhər idarəçiliyinin ayrı-ayrı sahələrinə dair öz layihələrini gətiriblər və Azərbaycanın bu sahədə inkişafına yardımçı olmaq niyyətindədirlər.

Boytelin rəhbərlik etdiyi almaniyalı nümayəndə heyəti Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının vəziyyəti ilə tanış olmaq üçün Qəbələ, Şəki, Gəncə, Şəmkir və Yevlax rayonlarında olacaqlar.

Qonaqlar həmçinin Azərbaycanın bir sıra dövlət orqanlarında da görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti