...

Gürcüstan MOK prezidenti: "Azərbaycan 2016-cı il yay olimpiya oyunlarını keçirmək vəzifəsinin öhdəsindən gələ bilər"

Cəmiyyət Materials 25 May 2007 15:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend / müxbir N.Kirsxalia/ Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Badri Patarkasişvili 2016-cı il yay olimpiya oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın müraciətini cox ciddi adlandırıb.

"Mən hesab edirəm ki, bu bizim regiondan edilmiş çox ciddi müraciətdir və Azərbaycanın malik olduğu potensial yay olimpiya oyunlarını problemsiz keçirməyə imkan verəcək" - deyə Patarkasişvili qeyd edib.

Gürcüstan MOK prezidenti söyləyib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü onu çox sevindirib. "Gürcüstan artıq BOK-la danışıqlar təcrübəsinə malikdir və biz mehriban qonşularımıza istənilən köməyi göstərməyə hazırıq" - deyə Patarkasişvili bildirib.

O, Azərbaycanın olimpiya oyunları keçirmək hüququ əldə etməsi üçün ölkəsi adından "maksimum yardım" göstərməyə hazır olduğunu nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti