...

Məcburi köçkünlər Bərdədə etiraz aksiyası keçirib

Cəmiyyət Materials 28 May 2007 14:20 (UTC +04:00)

Azərbaycan,Bərdə/ Trend müxbir Ş.Cəlaloğlu/ Bərdə rayon Səməd Vurğun küçəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər ötən gün axşam saat 21.20 radələrindən başlayaraq Bərdənin dəmiryol vağzalı stansiyasının Köçəri-Bakı istiqamətində hərəkət edən dəmir yol xəttini yarım saata yaxın bağlayıblar. 200-ə yaxın aksiya iştirakçısının sözlərinə görə, artıq 2 həftədir ki, içməli su artizanının mühərriki müəyyən səbəblərdən yararsız vəziyyətə düşüb. Bununla bağlı dəfələrlə Bərdə rayon Su-artizan İdarəsinə mürəciət etsələr də, bu cür cavabla üzləşiblər: "Hər adam başına 5 mana pul yığılsa artizanın təmiri mümkündür". Məcburi köçkünlər bildirdib ki, bu cür vəziyyət dəfələrlə baş verib, ancaq hər adam başına 2 manat yığıldıqdan sonra problem həll olunub. Aksiya iştirakçıları ilə görüşən Bərdə rayon İcra hakimiyyəti və Bərdə Su-artizan İdarəsinin səlahiyyətli nümayəndələri bildirdilər ki, ən uzağı 3-4 günə artizanın mühərriki bərpa ediləcək və vətəndaşlar içməli su ilə təmin olunacaq. Bundan sonra aksiya iştirakçıları dağılıb.

Xəbər lenti

Xəbər lenti