...

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "Jurnalistlər barədə ittiham hökmlərinin qəbul edilməsi onların peşə fəaliyyəti ilə bağlı deyil" (video)

Cəmiyyət Materials 29 May 2007 14:20 (UTC +04:00)
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "Jurnalistlər barədə ittiham hökmlərinin qəbul edilməsi onların peşə fəaliyyəti ilə bağlı deyil" (video)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Trend ə eksklüziv müsahibəsindən hissə

- Son vaxtlar Azərbaycanda jurnalistlərə qarşı onların peşə fəaliyyəti ilə bağlı çıxarılan ittiham hökmlərinin sayı artıb. Həbs olunmuş jurnalistlər və onların vəkilləri Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə etmək azadlığı) pozulduğunu və bununla bağlı Avropa Məhkəməsinə müraciət olunacağını bəyan ediblər. Bu məsələ sonradan Azərbaycan üçün problemlər yaratmayacaq ki?

- Bu sahədə problem olduğunu hesab etmirəm. Jurnalistlər barədə ittiham hökmlərinin qəbul edilməsi onların peşə fəaliyyəti ilə bağlı deyil. Bizdə kommunikasiya olunan işlər sırasında "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin şikayətləri var. Bu şikayət 2004-cü ildə onların Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) üzrə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır. Həm o vaxtkı, həm də indiki icraatda onların azadlığı pozulmayıb. President hüququnda qeyd olunub ki, hər bir jurnalist məlumat verərkən məsuliyyətini dərk etməlidir. Əgər jurnalist yanlış məlumat verirsə, digərlərinin dəqiq məlumat almaq hüququnu pozur. Bu isə jurnalistin məsuliyyətini yaradır.Kəbirlinin işi ilə bağlı kommunikasiya aparılarkən biz mövqeyimizi bildirmişik. 2005-ci ilin sonundan indiyədək bu şikayətin mümkünlüyü barədə qərar çıxarılmayıb və məsələ konkret həll olunmayıb.

Xəbər lenti

Xəbər lenti