...

Vüqar Həşimov Kapablanka memorialında ikinci-üçüncü yerləri bölüşdürdü

Cəmiyyət Materials 29 May 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Havanada başa çatan ənənəvi Kapablanka memorialında ikinci-üçüncü yerləri bölüşməli olub.

Yekun turunda şahmatçımız kubalı Hesus Nequreusla heç-heçə edib və nəticədə ümumən 5,5 xal yığıb. Eyni xalı Kubanın daha bir nümayəndəsi, Lenyer Dominqes qazanıb. Yarışın qalibi adını isə ukraynalı Vasili İvançuk qazanıb. Qeyd edək ki, İvançuk gözəl oyun nümayiş etdirdiyi üçün və ən yaxın izləyicilərindən iki xal irəlidə olduğu üçün birinci yerə sahib çıxıb.

Dairəvi sistem üzrə keçən memorialda 10 şahmatçı iştirak edib.

Xəbər lenti

Xəbər lenti