...

Çingiz Əhmədov hər şeyi yuxuda görüb - Sənubər İsgəndərli

Cəmiyyət Materials 29 May 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /müx.TrendLife Vüqar Vüqarlı/Artıq hamıya məlumdur ki, "Maşın-şou" başa çatıb. Bu layihənin iç davası hələ də xalqın yaddaşından silinməyib. Bizim verdiyimiz məlumata görə, elə layihənin birinci günü Çingiz Əhmədovu oyundan Murad Arif uzaqlaşdırıb. Sözsüz ki, onun dediyinə görə, bu işdə Sənubər İsgəndərlinin də əli olub.

Müğənni xanım bu xəbərdən çox təəccüblənib. "Yəqin ki, bir müddət birlikdə işlədiyimiz Çinqiz bunu ya yuxuda görüb, ya da bu, onun zəngin fantaziyasının məhsuludur. Onun bu hərəkətini başqa cür adlandırmaq olmaz" - deyən aktrisa "Mən əgər onu ildə bir-iki dəfə hansısa tədbirdə görməsəydim, yəqin ki, varlığını yadımdan belə çıxarardım" - deyə TrendLife-a öz fikrini bildirib.

Xəbər lenti

Xəbər lenti