...

Kiyevdə "Azərbaycan mətbəxi həftəsi" başlanıb

Cəmiyyət Materials 29 May 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Çərşənbə axşamı Ukraynanın paytaxtı Kiyevdəki "Oqni Baku" restoranında Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə tədbir keçirilib. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ukrayna Azərbaycanlıları Konqresinin təşkil etdiyi mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyev, Ali Radanın bir neçə deputatı, Ukrayna Prezident Administrasiyasının, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Kiyev meriyasının nümayəndələri,həmçinin Azərbaycandan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.

Mərasim çərçivəsində Kiyevdə Azərbaycan milli yeməkləri həftəsinə start verilib. Bir həftə ərzində Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun rəhbərliyi etdiyi aşpazlardan ibarət qrup Kiyev, Xarkov, Donetsk və Dnepropetrovsk şəhərlərində milli mətbəximizi nümayiş etdirməklə yanaşı, bizim mətbəx mədəniyyətindən digər xalqların, o cümlədən ermənilərin necə yararlandığını ortaya qoyacaqlar.

Azərbaycanlı aşpazlar kulinariya həftəsi ərzində yüzilliklər boyunca nəsildən-nəslə ötürülən mətbəx nümunələrimizi - milli şirniyyatlarımızı, un və ət məmulatlarından hazırlanmış müxtəlif qazan yeməklərimizi Ukraynada yaşayan bütün xalqların nümayəndələrinə nümayiş etdirəcəklər. Eyni zamanda Azərbaycan Milli Kulinariya Mərkəzinin tərtib etdiyi "KULİNA" jurnalının Ukrayna dilində nəşr edilmiş xüsusi buraxılışının təqdimatı olacaq. Jurnalda XVII-XVIII əsrlərdən başlayaraq bu günədək müxtəlif xalqların təmsilçilərinin Azərbaycan milli mətbəxinə verdiyi qiymət əksini tapıb.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən milli mətbəx həftəsi həm də son dövrlərdə ermənilərin Azərbaycanın milli yeməklərinə sahib çıxmaq cəhdlərinin qarşısını almağa yönələn təbliğat tədbiridir.

Xəbər lenti

Xəbər lenti