...

Azərbaycanın futbol üzrə yığması Avropa birinciliyinin seçmə mərhələsinə Norveçə qarşı oyunla başlayacaq

Cəmiyyət Materials 30 May 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın gənclərdən ibarət yığması (U-19) Norveç yığmasına qarşı oyunla Avropa çempionatının seçmə mərhələsindəki çıxışına start verəcək. Oyun bu gün Osloda keçiriləcək.

Təqvimə əsasən komandamız ilk oyunda meydan sahiblərinə qarşı oynayacaq. Norveçlilər qrupun favoritləri sayılır. İyunun 1-də isə yığmamız ispanlarla üz-üzə gələcək. İspaniya yığması mütxtəlif titulları qazanmış komandadır. Bu üzdən də komandamızı çətin mübarizə gözləyir. Üç gün sonra keçiriləcək sonuncu turda isə futbolçularımız İslandiya ilə qarşılaşacaqlar. Bu ölkənin oyunçuları yüksək fiziki göstəricilərə malikdir.

Azərbaycan yığması Kiprdə keçirilən birinci seçmə mərhələsində qrupda ikinci yer tutub. Komandamız meydan sahiblərilə heç-heçə etməklə yanaşı, prinsipial görüşdə Ermənistan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti