...

Mən butulka tutmağı bu yaxınlarda öyrənmişəm - Lalə Məmmədova

Cəmiyyət Materials 30 May 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx.TrendLife Vüqar Vüqarlı/Xəbər verdiyimiz kimi, Lalə Məmmədova "Yar bizə qonaq gələcək" mahnısına klip çəkdirir. Klip çəkilişlərində iştirak etdiyim vaxt hiss etdim ki, epizodda müğənni çaxır süzdüyü vaxt nəsə özünə əmin deyil. Elə Lalə xanımla söhbətimizə də bu balaca epizoddan başladıq.

- Bax, belə bir butulkanın əlində qalmışıq...

- Yox, sadəcə mən butulka tutmağı bu yaxınlarda öyrənmişəm. Restoranda bu işi ofisiant evdə, isə yoldaşım görür. Düzünü desəm, mən çoxdandır ki, spirtli içkilərdən istifadə etmirəm (gülür).

- Əgər səhv etmirəmsə, bu sənin altıncı klipindir. Bu klip əvvəlkilərdən nə ilə fərqlənir?

- (Fikrə gedir) Bu klip xalq mahnısına çəkilir. Yəqin ki, fərq bircə bu ola bilər.

- Bəs niyə sən öz klip çəklişlərini az tanınan rejissor Etibar Həsənova etibar etdin?

- Ənvər Sadıxova çəkdiyi klip işi mənim çox xoşuma gəlir.

- Mən elə fikirləşdim ki, sən əvvəl işlədiyin klipmeykerlərdən Aqil.M. Quliyev və ya Fuad Əlişovdan ucuz çəkdiyi üçün razılaşmısan?

- Yox, sən düz fikirləşməmisən. Onun da qiymətləri Əlişovun qiymətləri kimidir. Mən belə düşünürəm ki, onun işi Əlişovun işindən heç də pis alınmayacaq.

- Biz nə qədər gözləməliyik?

- Bir həftədən sonra rolik hazır olacaq.

- Gəl qayıdaq butulkaya. İçdin sən? Butılka nəsə görünmür...

- Mən heç özüm də bilmirəm ki, butulka necə oldu (gülür.) Mən özüm spirtli içki içməyi sevmirəm, çəkiliş meydançasında olanlar da içən deyillər. Butulkamı sadəcə olaraq çanağa boşaltdılar.

- İndi içmirsən, yoxsa heç vaxt içməmisən?

- Yox, indi içmirəm. Əvvəllər... yüngül alkoqollu, südlü kokteyllər çox xoşuma gəlirdi. Ən çox da "Malibu" içirdim, amma indi heç şampanı belə ürəyim istəmir. Belə ki, ancaq təbii şirələr və minerallar istifadə edirəm.

- Sağlam həyat tərzi sürürük?

- Yox, sadəcə mədəmizi təəccübləndiririk!

Xəbər lenti

Xəbər lenti