...

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri: "İlin sonunadək vahid test bankı yaradılacaq"

Cəmiyyət Materials 31 May 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Vahid test bankının yaradılmasına avqustda başlanacaq. Bu haqda məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov cümə axşamı jurnalistlərə bildirib ki, hazırda bankın suallarını hazırlamaq ücün ekspertlər secilir, maliyyə vəsaitləri axtarılır. Xəlilov ilin sonunadək vahid test bankın yaradılacağını deyib. Vahid test bankına müxtəlif dövlət qulluğu vəzifəsini əhatə edən 30 minə yaxın sual daxil olacaq.

Dövlət qulluğuna keciriləcək imtahanlarda test bankında yerləşdirilmiş suallar cavablandırılacaq. Banka daxil ediləcək suallar bütün dövlət orqanlarındakı vəzifələri əhatə edəcək. Suallar secilərkən hər bir dövlət qulluğu vəzifəsinin özəlliyi nəzərə alınacaq. Hazırda isə imtahanlarda sənəd qəbulu aparılan dövlət orqanlarının mütəxəssisləri tərəfindən hazırlanmış suallar cavablandırılır.

Xəbər lenti

Xəbər lenti