...

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsi ittiham aktının oxunuşu ilə davam edir

Cəmiyyət Materials 31 May 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrurunun keçmiş prezidenti Rafiq Əliyevin və digər 17 şəxsin məhkəməsi ittiham aktının oxunuşu ilə davam etdirilib. İttiham aktı geniş olduğundan dövlət ittihamçıları Bəşir Cəfərli ilə Nazir Bayramov onu növbə ilə elan edirlər.

İttiham aktna görə, F.Əliyev tabeliyində olmuş və hazırda onunla eyni müttəhimlər kürsüsündə əyləşən İsmayıl Mənsimovla, Ağaəli Əhmədovla, Elçin Nadirovla, Qədir Hüseynovla, Sakit Baxışovla, Elşad Abbasovla və digərləri ilə əlbir olaraq 120 obyektin qanunsuz özəlləşdirilməsinə nail olub. Eks-nazirin qanunsuz özəlləşdirdiyi obyektlər siyahısına Ali Məhkəmənin hazırda yerləşdiyi ərazi, "Azərtac" Dövlət Agentliyinin binası, İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğunun balansındakı bir sıra qeyri-yaşayış sahələri, yanacaqdoldurma məntəqələri, aptek sahələri, bir sıra fabrik və müəssisələrin əraziləri və digər çoxsaylı obyektlər daxildir. İttihama görə, F.Əliyev bu obyektləri yaxın qohumlarının və etibar etdiyi tanışlarının adına özəlləşdirib.

Məhkəmə iclası ittiham aktının oxunuşu ilə davam edir. İttiham aktının oxunuşunun bazar ertəsinədək davam edəcəyi, həmin gün isə F.Əliyevin ifadə verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti