...

Azərbaycanda siqaret əleyhinə qanunu pozanlar cəzalandırılmır

Cəmiyyət Materials 31 May 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may/müx.TrendLife Fərid Sadıxov/ 31 may bütün dünyada Siqaret Əleyhinə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Ümumdunya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 1,1 milyarddan çox insan siqaret çəkir. Hər il dünyada 4 milyondan çox insan nikotinin təsirindən dünyasını dəyişir. Azərbaycanda əhalinin ən çox siqaret çəkən hissəsi kişilərdir. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə kişilərin 50 faizi, qadınların isə 10 faizə qədəri bu zərərli vərdişə aludə olub. Son illər yeniyetmələr arasında da siqaretə meyl artıb. Təxminini hesablamalara görə, bu gün ölkəmizdə 3 milyon 200 mindən çox adam siqaret çəkir.

Bu gün dünyada rəsmi və qeyri-rəsmi səviyyələrdə siqaret əleyhinə müxtəlif kampaniyalar həyata keçirilməkdədir.

Qərb dövlətlərinin əksəriyyətində bar, restoran, aeroport, dəmiryol vağzalı, avtovağzallar, ali məktəblər, iş yerləri, hətta orduda da siqaret çəkməyin qadağan olunması haqda qanun qəbul edilib. Lakin bu qanunu pozanlar barəsində yüksək cərimələrin tətbiq edilməsi belə siqaret çəkənlərin azalmasına təsir etməyib.

Azərbaycanda da 18 yaşadək vətəndaşlara tütün məmulatlarının satışı qadağan edilib. Milli Məclisin 2001-ci ildə qəbul etdiyi "Tütün və tütün məmulatları haqqında" Qanuna görə ictimai yerlərdə, o cümlədən mədəniyyət, səhiyyə, təhsil və tərbiyə müəssisələrində, ticarət və iaşə obyektlərində, nəqliyyat vasitələrində siqaret çəkmək qadağan edilib. Lakin müşahidələr bu qanunun tələblərinə əməl edilmədiyini göstərir. Ticarət obyektlərində azyaşlılara siqaret satılması, iaşə obyektlərində, nəqliyyatda və digər ictimai yerlərdə siqaret çəkilməsi halları olsa da, bununla bağlı heç bir ölçü götürülmür.

Xəbər lenti

Xəbər lenti