...

Zaqatalada yeni tibb məntəqəsi istifadəyə verilib

Cəmiyyət Materials 1 İyun 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatalada yeni tibb məntəqəsi istifadəyə verilib. USAID-in Azərbaycan üzrə əlaqələndiricisi Skott Teylor cümə günü bildirib ki, tibb məntəqəsinin bərpasına 10 000 manat xərclənib. Teylor Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi, regionlarda müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün rəhbərlik etdiyi təşkilatın bir sıra layihələr həyata keçirəcəyini deyib.

1992-ci ildən bəri USAID tərəfindən Azərbaycana 284 mln. dollar vəsait xərclənib. Bu il üçün Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsi üçün 23 mln. manat ayrılıb. Bunun 10 mln. dolları iqtisadi, 10 mln. dolları demokratiya və idarəçiliyə, 3 mln. dolları isə səhiyyə layihələrinə ayrılıb.

Zaqatala paytaxt Bakıdan 460 km şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti