...

Azərbaycanın cüdo üzrə yığmasının lideri Almaniyada əməliyyat olundu

Cəmiyyət Materials 1 İyun 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığmasının liderlərindən biri Elnur Məmmədlinin Almaniyada keçirilən əməliyyatı uğurlu olub.

Yığmanın baş məşqçisi Ağayar Axundzadənin bildirdiyinə görə, iyunun 1-də idmançı Bakıya dönəcək və bir həftədən sonra məşqlərə başlaya biləcək.

"Elnurun zədəsi elə də ciddi deyildi. Buna rəğmən biz təqvimdəki fasilədən yararlanaraq cüdoçunun əməliyyatdan keçməsini qərara aldıq. Bunu indi etmək daha yaxşı idi. Çünki yaxınlarda yığma Braziliyadakı dünya birinciliyinə hazırlaşmağa başlayacaq və belə vacib mərhələdə bilə zədələr lazım deyil" - deyə Axundzadə qeyd edib.

Elnur Avropa Cüdo İttifaqının reytinqində aparıcı mövqelərdə dayanır və Pekin Olimpiadasına vəsiqə qazanmaq üçün yaxşı şanslara malikdir.

Xəbər lenti

Xəbər lenti