...

Azərbaycanlı alpinistlər Qələbə yüksəkliyini fəth etməyə hazırlaşırlar

Cəmiyyət Materials 1 İyun 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı alpinistlər Azərbaycan Demokratik Respublikasının yaranmasının 80 illiyini Qələbə yüksəkliyini fəth etməklə qeyd etmək niyyətindədirlər.

Komanda səfərə gələn il yollanacaq. Lakin bu vaxtadək alpinistlər bir neçə yoxlama səfəri etməlidirlər. Konkret olaraq idmançılar Monblan, Elbrus, Xan-Teqridə olmağı planlaşdırırlar. Sonra isə onlar Qələbə yüksəkliyinə doğru istiqamət alacaqlar. Komandaya Everesti fəth edən İsrafil Aşurlu, Respublika alpinistlər klubunun rəhbəri Saridan Mursaqulov, habelə bəzi təcrübəli alpinistlər daxil olacaqlar.

Hələlik plan hazırlanma mərhələsindədir. Onun konturları yaxın zamanlarda çızılacaq.

Xəbər lenti

Xəbər lenti