...

Alla Puqaçova spirtli içkilərdən imtina edib

Cəmiyyət Materials 1 İyun 2007 17:29 (UTC +04:00)

"A- Studio" qrupunun yeni albomunun təqdimatı zamanı Alla Puqaçova şok xəbər verib. www.shoowbiz.ru verdiyi məlumata görə, ofisiant Allaya buzlu çaxır təqdim edəndə ondan "yox" cavabını alıb. Sən demə, müğənni yaxın gələcəkdə yaşıl çay və mineral sudan başqa heç nə qəbul etməyəcək. Müğənnini içkilərdən imtina etməyə isti məcbur edib. Puqaçovanın dediyinə görə, istilik 20 dərəcəyə düşməsə, o ağzına bir damcı belə spirtili içki almayacaq. Və beləcə o, həm də orqanizmini düzəldəcək. Alla üçün içkilərdən imtina etmək o qədər də asan olmayacaq. Çünki dünya şou-biznesində heç bir tədbir spirtli içkisiz keçmir.

Xəbər lenti

Xəbər lenti