...

Ombudsman Aparatının nümayəndələri həbsdə olan jurnalistlərlə görüşüblər

Cəmiyyət Materials 1 İyun 2007 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları ombudsman Elmira Süleymanovaya ünvanlanmış müraciəti araşdırmaq üçün Ədliyyə Nazirliyinin bir saylı istintaq təcridxanasında saxlanılan "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəribli və şöbə müdiri Yaşar Ağazadə ilə görüşüblər. Bu barədə cümə günü Ombudsman Aparatından məlumat verlib.

Ombudsman Aparatının nümayəndələri həbsdə olan jurnalistlərin vəziyyəti, xüsusilə üç gündür aclıq keçirən Ağazadənin səhhəti ilə maraqlanıblar.

R.Kəbirli və Y.Ağazadə onlara qarşı zorakılıq hallarına yol verilmədiyini, vəkilləri ilə mütəmadi şəkildə görüşdüklərini deyiblər. Eyni zamanda onlar barəsində ədalətsiz hökm çıxarıldığını, bu qərardan apellyasiya şikayəti verdiklərini deyib, bəzi qəzetlərin onlara çatdırılmamasından şikayətləniblər.

Baxışın nəticələrinə əsasən, İnsan Hüquqları üzrə müvəkkil Süleymanova həbsdə olan bu jurnalistlərin həkim müayinəsi,qəzetlərlə təmin edilməsi ilə bağlı istintaq təcridxanasının rəhbərliyinə tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti