...

Qazaxıstan, Ukrayna və Latviyada cəza çəkən azərbaycanlıların respublikaya gətirilməsində problemlər var

Cəmiyyət Materials 4 İyun 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qazaxıstan, Ukrayna və Latviyada cəza çəkən Azərbaycan vətəndaşlarının respublikaya gətirilməsində problemlər var. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.

Qafarov bildirib ki, adıçəkilən ölkələrdən məhkumlar Rusiya ərazisindən keçməklə Azərbaycana gətirilməlidir. Lakin Rusiya öz ərazisindən tranzitə icazə vermir. İdarə rəisi bildirib ki, Məhkumların verilməsi haqqında Konvensiya iştirakçı dövlətlərdən yalnız Rusiyaya münasibətdə qüvvəyə minmədiyindən bu problem yaranıb: "İlin sonunadək həmin sənədin Rusiya tərəfindən ratifikasiya olunacağı barədə məlumat əldə olunub. Bu sənədi Rusiya ratifikasiya edərsə, məhkumların Azərbaycana gətirilməsində problem olmayacaq. Sənəddə iştirakçı dövlətlərin ərazilərindən tranzit kimi istifadə olunması qeyd edilib".

Hazırda Latviyada 1, Ukraynada 3, Gürcüstanda isə bir neçə Azərbaycan vətəndaşı cəza çəkir. Qafarov məhkumların gətirilməsi üçün digər alternativ variantların axtarıldığını deyib.

Xəbər lenti

Xəbər lenti