...

2004-cü il Olimpiadasının mükafatçısı İradə Aşumovanın Pekinə getmək üçün son şansı qalıb

Cəmiyyət Materials 4 İyun 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Z.Səfərov/ Güllə atıcılığı üzrə Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumovanın 2008-ci il Oyunlarında iştiraka lisenziya qazanmaq üçün son şansı qalıb.

Trend xəbər verir ki, Münhendə Dünya Kubokunda uğursuz çıxışından sonra idmançının Pekinə lisenziya qazanmaq şansı Avropa çempionatına qalıb. Almaniyada keçirilən yarışa gəldikdə isə turnirin son günü kiçik kalibrli silahdan iyirmi beş metr məsafəyə atəş açmaqda otuz doqquzuncu yeri tutub. İdmançı 573 bal toplayıb ki, bununla da finalda səkkizinci keçid yerini tutmuş serbiyalı Yasnı Sekariçdən 10 bal geri qalıb.

Gənclər arasında Avropa birinciliyinin gümüş mükafaçısı Nigar Bağırova isə daha da pis çıxış edərək 51-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti