...

Azərbaycanın dövlət orqanlarında vakant yerlərlə bağlı müsabiqə üzrə sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 6 İyun 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 15 dövlət orqanında ümumilikdə 200 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Komissiyadan çərşənbə günü bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 898 namizəd qeydiyyatdan keçib. Namizədlərin 83%-ni kişilər, 17%-ni qadınlar təşkil edir. Ümumi göstəricilərə görə, namizədlər əsasən İqtisadi İnkişaf Nazirliyi (İİN), Maliyyə Nazirliyi (MN), Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki (ETSN) vakant vəzifələrə daha çox maraq göstərib.

İİN-də mövcud 35 vakant vəzifə üzrə 165 namizəd, MN-də 13 yerə 165 namizəd, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində 18 yer üzrə 99 namizəd, ETSN-də 26 yer üzrə 66 namizəd qeydiyyatdan keçib.

Bütün elan olunan vakant vəzifələr üzrə test imtahanları iyunun 23-də Bakıda keçiriləcək. Test imtahanında mümkün baldan ən azı 805-ni toplayan namizəd imtahanın birinci mərhələsindən keçəcək.

Xəbər lenti

Xəbər lenti