...

Elnarə sərbəst işləmək istəyir

Cəmiyyət Materials 6 İyun 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Bizim xəbər verdiyimiz kimi, müğənni Elnarə sentyabr ayında Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək. Maraqlısı bu deyil, iş ondadır ki, müğənni öz çıxışı ilə bağlı inzibati məsələləri özü həll edəcək. "TrendLife"ın verdiyi məlumata görə, müğənni "SS Production" şirkəti ilə beş illik müqaviləsinə son qoyub. Hərçənd, hələ üç il idi ki, müqavilə bağlanmışdı. "Mən onların göstərdikləri köməyə görə dərin minnətdarlığımı bildirirəm. Ancaq artıq sərbəst işləməyimin vaxtı gəlib çatıb" - deyə müğənni öz fikrini bildirib.

Xəbər lenti

Xəbər lenti