...

Ruşaylo Azərbaycan kitabxanasına 10.000 kitab təqdim edib

Cəmiyyət Materials 6 İyun 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün M.F.Axundov adına Mərkəzi Kitabxanada mühüm hadisə oldu. TrendLife-ın verdiyi məlumata görə, MDB-nin İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylo Azərbaycana 10.000 kitab hədiyyə edib.

Tədbiri mədəniyyət aə turizm naziri Əbülfəs Qarayev açıb. "Bu günki tədbir bir daha sübut edir ki, Azərbaycan-Rusiya hümanitar əlaqələri bir az da möhkəmlənəcək. Bu kitablar nəinki Axundov kitabxabxanasına, Prezident Aparatının kitabxanasına, Elmlər Akademiyasının, Milli Məclisin, Gəncə və Zaqatalanın kitabxanalarına paylanacaq". Prezident İlzam Əliyev son vaxtlar kitabxanaların inkişafına xüsusi diqqət ayırır".

Vladimir Ruşaylo da MDB ölkələri, həmçinin Azərbaycanla Rusiya Federasiyasının humanitar əlaqələrinin genişləndirilməsi barəsində son layihələr haqqında danışıb.

Tədbirdə Azərbaycanın Yazıçılar Birliyinin sədri Anar və Milli Məclisin deputatı Ziyad Səmədzadə iştirak ediblər. Azərbaycana təqdim olunan kitablar bir neçə mövzudadır. Onların arasında ali riyaziyyat, kulinariya, bədii ədəbiyyat, iqtisadiyyata aid olan dərsliklər və s. var.

Xəbər lenti

Xəbər lenti