...

Azərbaycanın futbol üzrə yığması Qazaxıstanla heç-heçə oynayıb

Cəmiyyət Materials 6 İyun 2007 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığması Avro-2008 çempionatının seçim turu oyunları çərçivəsində Almatı şəhərində Qazaxıstanla heç-heçə (1:1) oynayıb. Trend xəbər verir ki, oyun qonaqlar üçün uğurlu başlayıb. Artıq 30-cu dəqiqədə Şahin Diniyevin tələbələri hesabı açıblar.

Ceyhun Sulatanovdan dəqiq ötürmə alan forvard Vüqar Nadirov topu qapıçı David Lorinin qoruduğu qapının küncünə yönəldib. Fasiləyə getməzdən öncə isə, Ramin Quliyevə qarşı qayda pozuntusuna yol vermiş Maksim Jilmaqambetovun qırmızı kart alması komandaya əlavə üstünlük verib.

İkinci hissədə isə ev sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olub. Qazaxların heyətində ən güclü oyunçulardan olan Nurbol Jumaskuliyevin fəallığı sayəsində Ruslan Baltiyev hesabdakı son dəyişikliyi edib. Azərbaycan yığması "A" qrupundakı son sırada olan yerini bir pillə dəyişməklə 7-ci yerə keçərək Ermənistanı qabaqlayıb. Amma sonuncunun hələ ehtiyat oyunu var.

Xəbər lenti

Xəbər lenti