...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 8 İyun 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən 17 şəxsin məhkəməsi təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Serqey Borşevskiy dindirilib. O ifadəsində göstərib ki, digər təqsirləndirilən şəxs Ağabəy Hüseynovla kabel satışı ilə məşqul olub. 2003-cü ildə Azərbaycana investisiya qoymaq üçün Moskvadakı Elmi-Tədqiqat Kabel İnstitutunun əməkdaşı olan Aleksandr Tuqolistinlə birlikdə Azərbaycana gəlib, Bakıda Hüseynovun vasitəsi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə tanış olub. F.Əliyev onlara təklif edib ki, Mingəçevirdəki kabel zavoduna baxsınlar. Əgər oradakı zavod kabel istehsalına tam yarayırsa, o zaman zavodu onlara sata bilər. Fərhad Əliyev zavodun səhmlərinin 130 min dollar təşkil etdiyini bildirib. Zavodun satışında vasitəçilik etdiyinə görə 500 min dollar da özü üçün istəyib. Təqsirləndirilən şəxs bildirib ki, 500 min ABŞ dolları F.Əliyevə vasitəçiliyə görə verib. 130 min dolları isə zavodun səhmləri üçün köçürmə yolu ilə ödəyib. Bundan sonra müəssisə Ağabəy Hüseynovun adına keçirilib. Təqsirləndirilən şəxs onu da qeyd edib ki, zavod işə düşəndən sonra əldə olunacaq gəlirlər Fərhad Əliyevlə bölüşdürüləcəkmiş.

Məhkəmə iclası iyunun 11-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti