...

Stbasburqun bələdiyyə başçısı: "Azərbaycanlılar öz mədəniyyətləriylə bağlı tədbirlər keçirə bilərlər"

Cəmiyyət Materials 8 İyun 2007 18:52 (UTC +04:00)
Stbasburqun bələdiyyə başçısı:  "Azərbaycanlılar öz mədəniyyətləriylə bağlı tədbirlər keçirə bilərlər"

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Strasburq şəhər bələdiyyəsi fərqli mədəniyyətlərin tanınmasına hər zaman dəstək olmağa hazırdır. Bu barədə Fransanın Strasburq şəhər bələdiyyəsinin başçısı Fabiyan Keller cümə günü açıqlama verib.

O, bu yaxınlarda Strasburq şəhər bələdiyyəsində erməni diasporunun təşkil etdiyi, Naxçıvanın guya tarixi Ermənistan torpaqları kimi göstərildiyi sərgiylə bağlı sualı cavablandırıb. Bələdiyyə başçısı bildirib ki, rəhbərlik etdiyi qurum ümumiyyətlə, dövlətlər arasında olan ziddiyyətə qarışmır: "Strasburq şəhər bələdiyyəsində keçirilən hər bir tədbir mədəni xarakter daşıyır. Digər millətlər, o cümlədən Strasburqda yaşayan azərbaycanlılar da müəyyən olunmuş proseduralar əsasında bələdiyyəyə məxsus yerlərdə öz mədəniyyətləriylə, milli bayramlarıyla bağlı hər hansı tədbir, sərgi keçirə bilərlər" - deyə xanım Keller fərqli mədəniyyətlərin tanınmasına hər zaman dəstək olacaqlarını bildirib.

Keller millətlər arasında ayrıseçkilik etmədiklərini də bildirib. Onun sözlərinə görə,

Strasburqda yaşayan hər bir xarici vətəndaşın hüquqları qorunur: "Məqsədimiz Strasburqa daha çox xarici kapital gətirmək və şəhəri Avropanın böyük meqapol şəhərləri arasına daxil etməkdir" - deyə bələdiyyə başçısı bildirib.

Strasburqda təhsil alan xarici tələbələrə də geniş imkanlar yaratdıqlarını söyləyən xanım Keller, xarici tələbələrin müxtəlif təşkilatlardan təqaüd aldıqlarını da xatırladıb.

Xəbər lenti

Xəbər lenti