...

"Vaqif Mustafazadə Allah vergisidir"-cazmen Aleksandr Oseyçuk

Cəmiyyət Materials 9 İyun 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı,9 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Aleksandr Oseyçuk Rusiya cazında ən tannımış nümayindələrdən biridir. O da festivalın qonağı idi. TrendLife-ın verdiyi məlumata görə, iyunun 8-də caz mərkəzində master-klass verəcək. Bu festivalın ikinci günündə keçirilən ilk tədbirdir. Tədbirdən sonra Oseyçuk mətbuat konfransı keçirdi. Və həmin gün də konfransda TrendLife-ın suallarına cavab verdi.

- Mümkünsə, öz qrupunuz barədə danışırdınız.

- Mənim "Green Wave" qrupum artıq iyirmi ildir ki, fəaliyyət göstərir. Hər dəfə müxtəlif alətlərdə ifa edən gənclər, məsələn, barabançılar, saksafonçular, basisitlər və s. məktəbimə gəlirlər. Qrupla iki-üç ildir ki, mən məşğul oluram. Qrupumun birinci tərkibində ən məhşur cazmenlər Aleksandr Sepyaqen və Boris Kozlov olmuşdular. Mən musiqiçiləri əsasən Rusiya Musiqi Akademiyasından götürürdüm. Özümün ümumən 7 diskim var. Biz bu albomdan ən yaxşısını ifa edəcəyik. Hazırkı qrupla indi məşq edirik. Sentyabr ayında isə mənim qrupum dəyişəcək. Uşaqlar artıq hazırdır. Bu da gənclərdən ibarət olacaq. Onların iyirmi yaşı ancaq olar.

- Belə çıxır ki, Siz gəcnlərə daha çox inanırsınız?

- Başa düşürsünüz, indi hər şey dəyişib: oyun maneraları və s. Həm də indiki gənclər on beş il bundan əvvəlkilərdən çox fərqlənir.

- Azərbaycan caz musiqiçilərindən kiminlə əməkdaşlıq etmisiniz?

- Mən əməkdaşlıq etməmişəm. Sadəcə sizin cazdan çox şey bilirəm. Mənə Vaqif Sadıxovla və Vaqif Mustafazadə ilə birlikdə ifa etmək qismət olub. Biz bir neçə festivalda olmuşuq. Axı o zamanlar belə layihələr yox idi.

- Hazırda Rusiyada caz nə qədər məşhurdur?

- Hər il Rusiyada iyirmi beşə yaxın festival keçirilir. Bu o deməkdir ki, məşhurdur. O biri tərəfdən isə, demək olmaz ki, caz tanınmayıb, caz tanınmış incəsənət növü deyil. Bu klassik incəsənət, xalq incəsənəti sayılır. Bəyəm sizdə hamı xalq mahnısını sevir? Əlbəttə, yox. Düzdür?! Hamı simfonik konsertlərə gedir? Yox. Gənclər isə indi pop musiqisini çox sevir.

- İndi tanınmışlar, güclü musiqiçilər çoxdur. Bəzi maneələrə görə isə onlar çox şeyi dəyişə bilmirlər. Sizin fikrinizcə bu niyə belədir?

- Mən sizinlə tamamilə razıyam. Son illər, həqiqətən də talantlı, güclü, parlaq cazmenlər peyda olub. Lakin bunlar Allah vergisi deyil. Bax, Vaqif Mustafazadənin qabliyyəti Allah vergisidir.

Xəbər lenti

Xəbər lenti