...

Teymur Rəcəbov yayla əlaqədər taym-aut götürür

Cəmiyyət Materials 9 İyun 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yay mövsümü ilə əlaqədər qısa pauza götürmək qərara gəlib.

Şahmatçının bildirdiyinə görə, o bilə-bilə bir sıra təklifləri qaytarıb ki, mötəbər turnirlərlər öncəsi güc yığsın. Yayda Teymur yalnız bir yarışda (sürətli şahmat üzrə) iştirak edəcək.

Bu il Teymur Veyk-An-Zee şəhərindəki superturniri udub, sonra Yekaterinburqun "Ural" klubunun tərkibində Rusiyanın komanda birinciliyində gümüş medal qazanıb. FİDE reytinqində səkkizinci olan şahmatçımızın sonuncu yarışı Korsikadakı "Ümidlər matçı" olub. Burada Temyr norveçli Maqnus Karlseni məğlub edib.

Xəbər lenti

Xəbər lenti