...

Caz festivalda Əzizə Mustafazadə çıxış etdi

Cəmiyyət Materials 9 İyun 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Caz festivalının ikinci günü Əzizə Mustafazadənin konserti ilə yadda qaldı. Kimin yadındadır, o, axrıncı dəfə nə vaxt burda ifa edib. Məsələn, mən dəqiq tarix deyə bilmərəm. O, Bakıya çox gizli gəlib- gedirdi. Hamı bir-birinin qulağına sakitcə pıçıldayırdı: "Əzizə gəlmişdi". Onun bu illər ərzində bizim səhnəmizdə vermədiyi konsertlərin əsl səbəbini söyləmək çətindir. Deyirlər ki, onun qrafiki çox məhduddur. Və bizim dəvətimiz çox gec gedib çatır.

Lakin bu dəfə təşkilatçılar onu Bakıya gətirə bildilər. Konsertin başlanmasına az qalmış di-cey Rahib Azəri TrendLife-a dedi: " Əgər təmiz söhbət etsək, deyərdim ki, Əzizənin sonuncu yazılmış əsərləri o qədər də məmnun etməmişdi. Ancaq onu canlı dinləmək mənə çox maraqlı olardı. O, qüdrətli pianoçu və bəstəkardır. Görək o, azərbaycanlı tamaşaçıları nə ilə sevindirəcək. Əlbəttə, bir də istəridim ki, o, bura festivaldan-festivala yox, başqa adi vaxtlar da gəlsin".

Hamı səbirsizliklə gözləyirdi. Tamaşaçılar nəinki onun çıxışını gözləyirdi, bəlkə də onun ifası artıq onların yadlarından çıxıb. Böyük bir ajiotaj vardı. Əzizənin çıxışına qədər təşkilatçılar elan etmişdi ki, hər KİV-dən bir nümayəndə buraxılacaq. Onun şəklini çəkmək isə qadağan edilmişdi. Onları başa düşmək olar. Tədbirdə iştirak edənlər jurnalistlərdən çox idi. Məhz buna görə də onlara keçmək olardı. Bax, ancaq təəssüf ki, Əzizənin konsertində təşkilatçılar jurnalistlərlə nəzakətsiz davranırdılar. Bu ya Əzizənin prodüsserinin şərti idi, ya da bilmirəm nə. Jurnalistləri ancaq tamaşaçılar yığıldıqdan sonra içəri buraxdılar. Söz verdilər ki, jurnalistləri yığıb harasa aparacaqlar. Təəssüf ki, bu da olmadı. Bu da azmış kimi, jurnalistəlr bir saat qapı arxasında gözləməli oldular. Bu hərəkət yaxşı deyildi. Opera və Balet Teatrında az yer tapmaq olardı. Konsertin ümumi təəssüratı pis deyildi. Bir tərəfdən də bizim önümüzdə çox talantlı musiqiçi iştirak edirdi. Uzun sözün qısası, Azərbaycan cazının kraliçası. Sadəcə konsert bir az darıxdırıcı keçdi. Yəqin bu ondan irəli gəlirdi ki, Əzizə çox sakit və qəmgin rəftar edirdi. Bəli, o, belə bir açıqlama da verdi: "Elə bir mən yuxudayam". Ancaq qəmginlik çıxış vaxtı da onu tərk etmirdi. Ustad kimi çox əla ifa edirdi. Bilmirəm, onun qəmgin olmağı nə ilə əlaqədar idi. Buna baxmayaraq Əzizə Mustafazadənin bu qədər fasilədən sonra Bakıda konsert verməyi bizi sevindirir. İnanıram ki, biz onu ancaq festival çərçivəsində dinləməyəcəyik!

Xəbər lenti

Xəbər lenti