...

BMA-nın rektoru Fərhad Bədəlbəyli: "Bəstəkarlar İttifaqının sədri ən layiqli insan olacaq"

Cəmiyyət Materials 11 İyun 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün Azərbaycanda Bəstəkarlar İttifaqının qurultayı olacaq. Qurultayın nəticələrinə görə İttifaqa yeni sədr seçiləcək. "TrendLife" bununla əlaqədar Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyliyə verilən "Siz bu qurultaydan nələr gözləyirsiniz?" sualına belə cavab aldı: "Mən Bəstəkarlar İttifaqının üzvü deyiləm. Sadəcə, ora qonaq kimi dəvət olunmuşam. Yeni əsərlər gözləyirəm. Sədri isə İttifaq üzvləri seçəcək. Mən öz rəyimi deyə bilmərəm. Bir çox layiqli insanlar var ki, onlar əla sədr ola bilərlər. O insanların hamısı mənim dostlarımdır və mən onları çox sevirəm. İnanıram ki, İttifaqın sədr şərəfli insan olacaq. Əlbəttə ki, qurultayın belə gec keçirilməsi mənfi haldır. Buna isə çox obyektiv səbəblər var. Biz hər şeyi başa düşürük. Müharibə idi, Bəstəkarlar İttifaqının binasını alıblar və indiyə qədər də qaytarmayıblar. Baxmayaraq ki, türklər burada çox təmtəraqlı binalar tikiblər, lakin İttifaqın əvvəlki binası da o qədər pis deyil".

Xəbər lenti

Xəbər lenti