...

Azərbaycanda qeyri-sabit hava şəraiti həftə sonuna qədər davam edəcək

Cəmiyyət Materials 11 İyun 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı və Abşeron yarımadasında hava şəraiti yaxın üç gün ərzində yağmursuz keçəcək, şimal küləyi üstünlük təşkil edəcək. Bu barədə bazar ertəsi Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə maksimal temperatur 23-28 dərəcə olacaq.

Tağıyeva bildirib ki, Azərbaycan rayonlarında isə axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılıb. Gecə dağlıq ərazilərdə yağışın leysan xarakterli olacağı ehtimal edilir. Havanın temperaturu gecə 14-19, gündüz isə 27-32 dərəcə isti olacaq. Dağlarda gecə 8-13, gündüz isə 16-21 dərəcə isti olacağı proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti