...

Rəqsanənin borcu var

Cəmiyyət Materials 11 İyun 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Son vaxtlar müğənni Rəqsanə İsmayılovanın ətrafını qara buludlar alıb. İş ondadır ki, eyni vaxta həm 4 klipinin təqdimatını edən, həm konsert keçirən müğənninin borc içində boğulması bütün telekanallarda və KİV səhifələrində dərc olunub. Müğənni özü "TrendLife" müxbirinə bütün bu söz-söhbətlə bağlı belə aydınlıq gətirdi: "Mən nə maşına görə, nə də evə görə heç kimə borclu deyiləm. Bir neçə klipmeykerlərə borcum var və sözsüz ki, mən bu borcu qaytaracam. Bu o qədər də yüksək məbləğ deyil. Heç kim fikirləşməsin ki, mən müflis olmuşam. Mən başa düşə bilmirəm ki, barəmdə bu qədər şayiələr yaymaq kimə lazımdır? Məni tanıyanlar, dostlarım, yaxınlarım bilir ki, mən heç vaxt heç kimə pul "atmamışam".

Deməli, əziz klipmeykerlər rahat yata bilərsiniz!

Xəbər lenti

Xəbər lenti