...

Röya stress keçirdi

Cəmiyyət Materials 11 İyun 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /müx.TrendLife Günel Əhmədova/Bu gün səhər paytaxda gəzən şayiələr hamını şoka salıb. Guya müğənni Röya möhkəm ürək ağrısı ilə Mərkəzi Klinik xəstəxanaya çatdırılıb. Bu azmış kimi, hələ onun ölüm xəbəri də yayıldı. Hamıya məlumdur ki, son vaxtlar Röya öz həmkarları ilə etdiyi mübahisələrə görə səhhətində problemlər yaranıb. Bu xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün TrendLife müxbiri Röyanın prodüsseri İnni ilə əlaqə saxladı.

- Zəhmət olmasa söyləyin, Röya hazırda hardadır?

- Evdə. Mən də onunla bir yerdəyəm.

- O, özünün ölüm xəbərinin yayılmasını eşidəndə reaksiyası necə oldu?

- Röyanın xəbəri yoxdur. Gecə gec gəlib, hazırda dincəlir.

- Onun ürəyi ağrıyır?

- Yox, sadəcə o, stress keçirib. Ürəyində heç bir problem yoxdur.

- Deyirlər, müğənni bir çox dostları ilə münasibətlərinə son qoyub.

- Yox. Öz dostları üçün o, dost olaraq qalır.

TrendLife-a məlum olduğu kimi, bu yaxınlarda Nabranda müğənni "Şeron" qrupu ilə birgə üç günlük klip çəkilişlərinə gedəcək. Klipdə Röya lal qız rolunu oynayacaq. Gələcək planında isə Elnarə ilə dueti gözlənilir. Onu da qeyd edim ki, iyunun 13-də müğənninin 25 yaşı tamam olacaq.

Xəbər lenti

Xəbər lenti