...

Murad Dadaşov: "Maşın"a heç kim qadağa qoymayıb

Cəmiyyət Materials 11 İyun 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Bəzi KİV-də verilən məlumatlara görə, guya "Maşın" realiti şousuna qadağa qoyulub. Bu haqda məlumatlara aydınlıq gətirən Murad Dadaşov TrendLife-a bunları söylədi: "Mən başa düşə bilmirəm, jurnalist nə qədər məsulliyətsiz ola ki, "layihəni dondurub" demək əvəzinə, "layihəyə qadağa qoyulub" kəlməsini işlətsin. Mən sadəcə demişəm ki, hələlik dincəlirəm. Layihəni sentyabra qədər dondurmuşam. Vəssalam! Ümumiyyətlə, başa düşmürəm ki, jurnalistin nəyinə lazımdır bu cür şayiələr yaysın. Onsuz da bu gün bu mövzu o qədər də aktual deyil.

Xəbər lenti

Xəbər lenti