...

İbtidai sinif müəllimləri üçün treninqlər keçirilir

Cəmiyyət Materials 12 İyun 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/müx.TrendLife Fərid Sadıxov/Təhsil Nazirliyi YUNİSEF-lə birgə ibtidai sinif müəllimləri üçün fəal-interaktiv təlim üzrə treninqlər keçirir. Nazirliyin mətbuat xidmətindən TrendLife-a verilən məlumata görə, iyunun 14-dək davam edəcək treninqlərdə fəal-interaktiv təlimin prinsipləri, müasir təlim modeli, onun əsas komponentləri, mexanizmi barədə məlumat veriləcək və dərslərin təşkili yolları öyrədiləcək.

Treninqdə pilot məktəblərin 97 ibtidai sinif müəllimi iştirak edir. Müəllimlər tədris proqramlarında dəyişikliklərin həyata keçirilməsi, dərsdə tənqidi təfəkkürün inkişaf etdirilməsi, interaktiv təlim texnikaları, təlim prinsiplərinə uyğun qiymətləndirmənin aparılması haqqında məlumatlandırılacaq və praktik məşğələlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti