...

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbərinin həbs müddəti bir ay uzadıldı

Cəmiyyət Materials 12 İyun 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbov barəsindəki həbs müddəti 1 ay uzadılıb. Vəkili Telman Novruzzadə Trend ə bildirib ki, dünən Sumqayıt şəhər məhkəməsi bu barədə qərar qəbul edib. Vəkilin sözlərinə görə, müdafiə tərəfinin vəsatətlərində qaldırılan məsələlərlə bağlı cavablar hazır olmadığından istintaq müddətini uzatmaq üçün məhkəməyə müraciət edib.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Xəbər lenti

Xəbər lenti