...

Dövlət Təbiət Qoruğu yaxınlığında yanğın baş verib

Cəmiyyət Materials 12 İyun 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Türyançay Dövlət Təbiət Qoruğu yaxınlığında yerləşən qış otlaq sahəsində, Qəbələ-Ağdaş magistral yolunun sağında yanğın baş verib. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Hadisə nəticəsində otlaq sahəsinin təxminən iki hektarı yanıb. Qoruq əməkdaşlarının, Ağdaş rayon Yanğın Təhlükəsizlik Xidmətinin və yerli sakinlərin ümumi səyi nəticəsində yanğın söndürülüb və qoruğun ərazisinə keçməsinin qarşısı alınıb. Yanğına havaların isti keçməsi, vətəndaşların laqeyd münasibəti nəticəsində söndürülməmiş siqaret kötüyünün qurumuş otun üzərinə atılması, magistral yoldan keçən maşınların mühərrik və s. hissələrindən çıxan qığılcımlar səbəb ola bilər.Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti