...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkənlərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 13 İyun 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi zərəçəkənlərin ifadələri ilə davam etdi.

Zərərçəkənlər bu gün də eyni epizod üzrə - 2004-cü ildə prezidentin Fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə ifadə verdilər. Dindirilmiş 9 zərərçəkən məhkəmə ifadəsində bildirdi ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli banklara müraciət etsələr də, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərərçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhqir hesab etdiklərindən, pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Məhkəmə sabaha kimi təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti