...

Yalçın Adıgözəlov: "Azərbaycan bəstəkarlar məktəbinin gələcəyi məni çox narahat edir"

Cəmiyyət Materials 16 İyun 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/

Azərbaycanın tanınmış dirijoru Yalçın Adıgözəlov bizim musiqiçilərin orta nəsil nümayəndəsidr. Bakıda Bəstəkarlar İttifaqının 7-ci qurultayı oldu. Bu barədə "TrendLife" mayestronun fikirlərini öyrənmək istədi.

- Mən açılışda iştirak etdim. Orada çox sayda əsərlər ifa olundu. Qeyd edim ki, ustadlar öz gözəl ifalarını göstərməklə səviyyələrini saxlamışdılar. Təəssüf ki, bəzi böyük nəslin nümayəndələri hazırkı zamanla uyğunlaşır. Görünür onların yaradıcılığı potensial xarakter daşıyır. Həmçinin bu sözləri orta nəslin nümayəndələri haqqında da deyə bilərəm. Məni dirijor kimi bəstəkarlar məktəbinin gələcəyi narahat edir. Əlbəttə, iki-üç nəfəri çıxmaq şərtilə onlara güvənmək olar. Bəstəkarlar məktəbi 60-70-ci illərdə nəinki Qafqazda, bütün sovet ölkələrində ən güclü məktəb sayılırdı. Təəssüf ki, həmin dövr keçdi. Azərbaycan torpağı həmişə istedadlı insanlar yetişdirib və mən əminəm ki, o, bizə yeni adlar verəcək. Qorxuram ki, indiki qurultayda biz yeni adlar eşitməyək.

- Sizin fikrinizcə kim Bəstəkarlar İttifaqına sahib duracaq?

- Bunu bəstəkarlar həll edəcək. İttifaqın çox zəngin tarixi var. Onun rəhbəri dahi şəxsiyyət olub. İnanıram ki, yenə də İttifaqa layiq insanı seçəcəklər.

- Bəs belə düşünmürsünüz ki, yeni bəstəkarların kənarda qalması İttifaqın qurultayının 17 il keçirilməməsi ilə bağlıdır?

- Hətta ən çətin dövrlərdə bəstəkarların yaradıcılığında irəliləyiş olurdu. Bu qurultayla əlaqədar deyil. Bu 17 ildə bəstəkarların əsərləri Azərbaycanın Qızıl Fonduna daxil olub. Qurultay keçirilməsə də plenumlar, İttifaqda hesabat konserti və bəstəkarların yubiley konsertləri keçirilirdi. Bunlar hamısı xaricdə də eşidilirdi. Mən belə düşünürəm ki, yeni adların olmamasının səbəbkarı müəllim bəstəkarlardır. Onlar gözlənilən nəticəni verməyiblər. Müəllim nəticə verməlidir. Yoxsa o, müəllim sayıla bilməz. Qara Qarayevin, Gövdət Hacıyevin vaxtında hər şey tamam başqa cür idi. Onların bu həyatdan köçməsi böyük itkiyə səbəb oldu.

- Amma kesmiş bəstəkarlar məktəbinin nümayəndələri qalıb...

- İş ondadır ki, yaxşı bəstəkar yaxşı müəllim demək deyil. Məsələn, mənim müəllimim dahi dirijor deyildi, ancaq əla müəllim idi.

- Bəs yaxşı gənc dirijorlar var?

- Mənim tələbələrimdən Polşada keçirilən birinci beynəlxalq müsabəqənin laureatı Eyyub Quliyevin, Opera və Balet Teatrının xormeysteri Sevil Hacıyevanın adını çəkə bilərəm. Onlar estafeti qəbul edə bilərlər. Dirijor-eksklüziv materialdır. Onlar çox olmamalıdırlar. Həm də ki, əsas kəmiyyət deyil, keyfiyyətdir. Azərbaycan dirijorları bəstəkarlardan yeni əsərlər gözləyirlər.

Xəbər lenti

Xəbər lenti