...

Şahin Növrəslinin bal ayı festivalla bitəcək

Cəmiyyət Materials 16 İyun 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ İyulun 17-də İsveçrənin Montre şəhərində Montreux Jazz Festvival adlı caz-festivalı keçiriləcək. "TrendLife"ın verdiyi məlumata görə, bu festivalda gənc caz pianoçu Şahin Növrəsli də iştirak edəcək. Montreux Jazz Festvival müsabiqəsi çərçivəsində daha bir müsabiqə keçirilir. Həmin müsabiqədə bütün dünya üzrə on beş nəfər iştirak edəcək. Növrəsli artıq yarımfinaldan keçib, iyulun 18-də isə final mərhələsi keçiriləcək. İlk dəfədir ki, azərbaycanlı musiqiçi caz festivalda iştirak edəcək. Növrəsli həmçinin Fransa və Moskvada konsert verməyi planlaşdırır. Lakin konsertlər mövsümün əvvəlində olacaq. Onu da qeyd edim ki, iyulun 1-i Şahinin toyudur. Bu münasibətlə onu təbrik edirik!

Xəbər lenti

Xəbər lenti