...

Bakı turnirinin ən yaxşı bombardiri koreyalı hokkeyçi oldu

Cəmiyyət Materials 18 İyun 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Koreyanın otüstü hokkey yığmasının forvardı Sel Ki Çon Bakıda başa çatmış "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirinin ən yaxşı bombardiri olub.

Yarışın nəticələrinə görə, Çon beş dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Beş qoldan dördünü Çon kiçik künc zərbələrindən sonra vurub. Forvard Çin yığmasına qarşı final matçında da fərqlənib. Lakin bu qol koreyalılara kömək etməyib. Onlar bu oyunda 1:2 hesabı ilə məğlub olublar.

Turnirdə sonuncu yeri tutan Azərbaycan yığmasının heyətində isə ən çox qol vuran Marina Əliyeva ilə Dilfuzə Mirzəliyevadır. Onların hər biri 2 qolun müəllifidir.

Xəbər lenti

Xəbər lenti